Türkiyənin İstanbul şəhərinin Silivri rayon polis idarəsinin rəisi Hakan Çalışkan qətlə yetirilib.
“Hürriyet”in verdiyi məlumata görə, səhər saatlarında işə gələn əməkdaşlar rəisi ölü vəziyyətdə aşkarlayıblar. Onun başından güllələnərək öldürüldüyü məlum olub. Hadisə yerinə gələn prokuror araşdırma aparıb.
H. Çalışkanın evli və 2 uşaq atası olduğu açıqlanıb.