Xədicə Eyvazova: “Alternativ fikirləri susdurmaq üçün aktivlərin qohumlarına təzyiqlər göstərilər.
Mühacirətdə olan QHT sədrinin müavini Xədicə Eyvazova bizə müsahibəsində bildirdi ki, onun ailə üzvlərinə qarşı təzyiqlər davam etdirlir: “Atamın vəfatından sonra yerli hüquq mühafizə orqanları məni susudurmaq üçün anama qarşı hucuma keçiblər. Azərbaycan hakimiyyəti öz avtoritar rejimini saxlmaq və qorumaq üçün ölkədə müxalif düşüncə sahiblərini susdurmaq istəyir.Xüsusilə son dövrlərdə Avropada ictimai-siyasi aktiv adamların intensiv aksiyalar təşkil etməsi hakimiyyəti narahat edir. Azərbaycanın Berlindəki səfirliyinin qarşısında keçirilmiş aksiyadan hakimiyyət daha da, aqressivləşib”.
“Biz qul deyilik!”, “Siyasi məhbuslara azadlıq!”, “Avropa, Azərbaycanda insan haqlarına biganə qalma!” kimi şüarların səsləndirildiyi aksiyada xüsusən Heydər Əliyevin heykəlinin aşırılması Azərbaycan hakimiyyətini qəzəbləndirib. O gündən etibarən aksiyalarda iştirak edən şəxslərin hər biri ilə bağlı xüsusi araşdırmalar aparılır.
X.Eyvazova fikrinə bu cür davam edib: “Hakimiyyət Avropada etaraz aksiyalarını sakitləşdirmək məqsədilə alternativ fikirləri susdurmaq üçün aktivlərin qohumlarına təzyiqlər də göstərirlər. Tənha qadını qorxutmaq üçün əxlaqsız metodlara əl atırlar. Anam gecələr küçəyə çixa bilmir. Öyrədilmiş narkotik istifadiçləri məhəllədən keçən zaman anama qarşı nəlayiq ifadələr işlədir və əxlaqsız hərəkətlər edirlər. Hüquq mühafizə orqanlarına anam müracət etsə də, lakin hər hansı ciddi tədbirlər görülmür. Məqsəd mənim fəaliyyətimi passivləşdirməkdir. Mənim anamın öhdəsində azyaşlı uşağın olduğunu nəzərə almaq lazımdır”.
Baş verənləri, X. Eyvazovanın anası Mehriban Əliyevada təsdiqlədi. M.Əliyeva ona qarşı küçədən keçərəkən nalayiq ifadələr işlənməsini və əxlaqsiz hərəkətlərin olduğunu bildirdi: “Baş verənlərələ bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik hər hansı cavab yoxdur. Əksinə şikayətlərdən sonra mənə qarşı əediən təhditlər daha da artırıb. Sahə müvəkkilinə dəfələrlə baş verənləri bildirsəm də, mənə belə cavab verdi: “Səbəbini Xədicədən soruş” və gülərək getdi”.