Velosipedçilərin də dünya çempionatı Azərbaycanda olacaq.

Yarışda 2000-ə yaxın idmançının iştirakı gözlənilir

Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub. Yarışda Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi kimi Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov da iştirak edib.

26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Sonra çempionatın təşkili və BMX idmanının inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdən sonra gələn il avqustun 2-12-də Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən velosiped idmanının 4 növü) üzrə birləşmiş Avropa çempionatları və 2018-ci il iyunun 5-9-da Bakıda təşkil olunacaq BMX üzrə dünya çempionatı haqqında təqdimatlar keçirilib.