Vasif Talıbov naziri işdən çıxardı – Naxçıvan polisində ciddi yoxlamalar

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov vəzifəsindən azad olunub. Xəbərnamə.info  xəbər verir ki, “AzPolitika”nın məlumatına görə,  Hazırda onun səlahiyyətləri nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirilir.

Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə nazir təqaüdə göndərilib.

ehmed-sebuhi

Bir başqa məlumata görə hazırda Naxçıvanın DİN sistemində əsaslı yoxlamalar aparılır.

Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Bu barədə çoxsaylı ziddiyyətli şayiələr yayılıb. Lakin onların hansının həqiqətə yaxın olduğunu təyin etmək mümkün deyil.

Naxçıvan polisinə bundan sonra kimin rəhbərlik edəcəyinə gəlincə, bu sırada bir neçə namizədin adı çəkilir.