“İslamda terrorizimin və fanatizimin əlehinə təşəbbüsləri gücləndirməliyik”

Xəbərnamə.info-nun müsahibi ictimai-siyasi fəal Lamiyyə Əhmədovadır.0 (2)

 – Lamiyyə xanım bilirsiniz ki, dinə xüsusən İslam diniə münasibət bir mənalı deyil, bəzi siyasi marağlı insanlar İslam dini terrorçi və inkişaf əngələyən din kimi təqdim edir. Sizin bu fikirə münasibətiniz çox marağlı olardı?

– Ümumiyyətlə, terroruçunun nə milləti olur nədə dini. Düzdür müharibə bölgələrinin əksəriyyəti məhz müsəlmanların yaşadıqları əraziləri əhatə edir. Amma dünyada kifayyət qədər terrorçi təşkilatları var ki, onlar məhz digər dinlərin mənsub olanlar tərəfindən yaradilmişdir. Məslən ASALA erməni terror təşkilatını misal göstərmək olar. Başqa bir misal, 77 adamın qətlində günahkar tanınmış norveçli Anders Behring Breivik misal göstərmək olar. Bütün bunlar göstərir ki, terroçluq dini məsələ deyil, tam siyasi maraqadır. Bu sahənin “mütəxəssisləri” bilir ki, islam dini adı altında insanları daha çox fanatizmə cəlb etmək olar. Ona görədə İslamı terroçu kimi təqdim etmək istəyənlərin tam siyasi marağına uyğundur. Əslində İslam dini ədaləti və insanların haqqını taniyan və onu təblig edən dindir. Bildiyiniz ki, İslam dini dünyaya gəlməmişdən öncə qız uşaqlarını kütləvi qətlə yetirirdlər, diri-diri basdirdirdilar. İslam dinin meydana gəldikdən sonra insanlarin şurlarında ciddi dəyişklik baş verdi. Qadınların hüquqları tanındı.Biz islam dinin daşıciları və sevənləri olaraq gərcək islamı tanidilması üçün, terrorizimin və fanatizimin əlehinə təşəbbüsləri gücləndirməliyik .

– Sizcə Avropada islam dininə münasibət necədir?

– Ümumiyyətlə son dövrlərdə Avropada, xüsusilə Almaniyada baş verən terror hadisələri insanlarda miqrantlara, xüsusən müsəlmanlara qarşı aqqresiyasi var. Kiçik-kiçik olsa da, etiraz tədbirləri olur, lakin hakimiyyət bu aqqresiyanın genişlənməsində maraqlı deyil. Bugün Avropa, xüsusilə Almaniya müxtəlif dinlərin və müxtəlif mədəniyyətlərin daşıyıcısı olan insanlar ölkəsdir. Buna görə düşünürəm ki, qarşlıqlıqlı etmad və güvənli şəkildə yaşamaq üçün ən çox biz dindarların üzərinə düşür. Biz islam dinin daşıciları və sevənləri olaraq gərcək islamı tanidilması üçün, terrorizimin və fanatizimin əlehinə təşəbbüsləri gücləndirməliyik. İnsanlığı və ədaləti təbliğ etməliyik. Bizim bu təşəbbüsümüz yalnız islami özünə təhlükə hesab edən avropalarda dəyişkilk yarada bilər. Nyuton “təsir əks təsirə bərabərdir” prinspi ilə yanaşsaq, aqqresivlik və düşmənçlik dünyaya yeni-yeni bəlalar gətirə bilər. Düşünürəm ki, milli və dini mənsubiyyətindən asılı olmayaraq, insan mütərəqqi dəyərlərə yiyələnməli, inteqrasiya olunan və inkişaf etməyə meyil olmalıdır. İnsan yaşadığı ölkənin qanunlarına sayğı göstərməlidir.

O.Xəyal