Bərdə sakininin sosial şəbəkələrdəki fəaliyyətinə görə həbs edildiyi deyilir.

”O, yazılarında sosial problemlərin ağırlığından narazılıq edirdi”

İyulun 7-də Bərdə rayon sakini Rəşad Şəmil oğlu Camalov yerli polis idarəsinə çağırılıb. Bu günədək sərbəst buraxılmayıb.

Bu barədə onun yaxınları ”Facebook”-da yazıblar. Bildiriblər ki, iyulun 8-də Rəşad Camalov polisə müqavimət ittihamı ilə 20 sutka azadlıqdan məhrum olunub:

”Səbəb onun “Facebook” və ”Youtube”-da hökumət əleyhinə yazdığı statuslarıdır”, – deyə yaxınları bildirib.

Dostları həmin çıxışlarda R.Camalovun sosial problemlərin ağırlığından narazılıq etdiyini bildirirlər.