Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclası başa çatıb. Bununla da parlamentin yaz sessiyası başa çatıb.
Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar. Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.
“Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.