Siyasi mühacirə görə qardaşı qaçaq yaşayır

Siyasi mühacir Qabil Əliyev Almaniyada Azərbaycan hakimiyyətinə qarşı müxalif mövqeyinə və bu istiqamətdə fəaliyyət göstərdiyinə görə, ailə üzvlərinin Azərbaycanda təzyiqlərə məruz qaldığını, qardaşı Elşad Əliyevin isə cəzalandırılacağına dair yerli hüquq mühafizə orqanlarından xəbərdarlıq aldığı barəsində məlumat verir. Bununla bağlı Q.Əliyev öz facebook hesabından məlumat paylaşaraq ictimaiyyətə məlumat verib.

Q.Əliyev başqa bir facebook stausunda isə həmin qardaşı Elşad Əliyevin öz ölkəsində qaçaq yaşadığı, hər an həbs olunmaqqabil resmi təhlükəsinin almasını, eyni zamanda aylardır icarəyə verdikləri obyektin icarədarının məhz Qabil və Elşad Əliyev qardaşlarına görə Dövlət Təhlükəsizlik Xidmətinin Nizami rayon şöbəsinin əməkdaşları tərəfindən incidildiyini paylaşmışdır. Həmin paylaşımda həm də Q.Əliyevin yaxın qohumlarının böyük əksəriyyətinin Dövlət Təhlükəsizlik Xidmətinin yerli idarələrinin əməkdaşları tərəfindən sorğu-suala  çəkilməsini və Elşad Əliyevin də Qabil Əliyevə görə cəzalandırılacağı barəsində təhditə məruz qalması qeyd olunmuşdur. Q.Əliyev hər iki stausunun sonunda özünün və qardaşı E.Əliyevin başına gələcək bütün hallara görə Azərbaycan siyasi hakimiyyətinin cavabdehlik daşımasını bildirmişdir.

Qeyd edək ki, Q. Əliyev Avropada “İctimai Qınaq Hərəkatı” adlı təşkilatın rəhbəridir və bu hərəkat Azərbaycanda demokratik dəyərlərin formalaşması, o cümlədən korrupsiya, rüşvətxorluq, seçki saxtakarlığı, avtoritarizmə qarşı ictimai mübarizə aparır.

Qeyd edək ki, 11 sentyabr 2016-cı il tarixdə Q.Əliyevin Almaniyanın Düsseldorf şəhərində “Siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya təşkil edəcəyi elan olunduğundan, hakimiyyət nümayəndələri həmin mitinqi təxirə salmaq üçün bu cür addımlar atması ehtimal olunur. Q.Əliyevin bildirdiyinə görə 11 sentyabr aksiyasının elann olunması və böyük ehtimalla baş tutacağı hakimiyyət nümayəndələri tərəfindən hiddətlə qarşılanmış və bundan sonra ona və alə üzvlərinə qarşı müxtəlif bəhanələrlə hücumlar başlamışdır.