Ərdoğanın mühafizəçiləri Almaniyaya burxılmayacaq

Ərdoğanın Vaşinqtonda dava salan  mühafizəçiləri Almaniyaya buraxılmaya bilər.

Bu haqda Welt am Sonntag qəzeti məlumat yayıb. Qəzetin məlumatına görə, 7-8 iyulda Almaniyanın Hamburq şəhərində keçiriləcək G-20 sammitinə qatılacaq Ərdoğanı Vaşinqton səfəri zamanı mühafizə edən şəxslər mühfizə etməyəcək.

Buna səbəb, Ərdoğanın Vaşinqton səfəri zamanı həmin mühafizəçilərin bir qrup nümayişçiyə zor tətbiq etməsidir.

Almaniya Xarici İşlər Nazirliyinin ABŞ tərəfindən haqlarında tutma qərarı olan həmin şəxslərin ölkəyə buraxılmayacağını Türk hökumətinə  çatdırıldığı da məqalədə qeyd olunur.