Rəsul Cəfərov ictimai-siyasi xadimlər tərəfindən müdafiə olunur.

02 avqust 2014-cüзагружено (32) ildə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində hüquq müdafiəçisi Rəsul Cəfərov dindirildikdən sonra Nəsimi Rayon Məhkəməsinə aparılaraq barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. Hüquq müdafiəçisinə qarşı Respublika Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

R.Cəfərovun həmkarları və digər ictimai xadimlər onun həbsinə öz münasibətlərini bildirmişlər. Bu açıqlamalardan bəzilərini hörmətli oxucularımızın diqqətinə çatdırırıq:

Hüquqşünas, ReAl hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli: “İndicə Bakıya qayıtdım. Qayıdan kimi də dedilər ki, “ReAl”ın İdarə Heyətinin üzvü Rasul Cəfərov həbs olunub. Hələlik 3 ay həbs verdilər. “Məhkəmə” indicə bitdi. Eynilə Anar Məmmədliyə qarşı irəli sürülən ittihamlardır, – qeyri-qanuni sahibkarlıq fəaliyyəti, vergidən yayınma və vəzifəsindən sui-istifadə. Qısası, cəfəngiyatdır. Mahiyyət başqadır və bu məlumdur. Növbəti siyasi həbs”.

Hüquq müdafiəçisi, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı: “Rəsul bəyin həbsi artıq gözlənilən idi, amma yenə də sarsıdıcı bir hadisədir. Leyla Yunusun həbsindən sonra bu hüquq müdafiəçiləri cameəsinə ağır zərbə oldu. Bu zərbələrin ağrılarını vətəndaş cəmiyyəti uzun zaman yaşayacaq, təəssüf”.

Müsavat başqanı İsa Qəmbər: “Kremlin himayə etdiyi Ermənistan əsgərlərimizi öldürür. Kremlin himayə etdiyi Əliyev rejimi ictimai-siyasi xadimlərimizi həbs edir”.

Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiə Komitəsinin sədr müavini Xədicə Eyvazova: Rəsul Cəfərovun həbsi İlham Əliyev hakimiyyətinin zəif olmasını və haqlı söz deyənlərdən çəkinməsini bir daha sübut etdi. Bu onu göstərir ki, sülalə hakimiyyəti bütün inzibati, güc resurslarından istifadə edərək azad sözü, azad fəaliyyəti, ifadə azadlığını, tənqidı həzm edə bilmir. Hakimiyyət bu yollarla insanların ağzını yummağa çalışır.  Əslində İ.Əliyev hakimiyyətdə olduğu müddətdə bu cür insanların türmədə olması labüddür. Buna görə də bu hakimiyyət tezliklə Azərbaycan siyasətinin arxivində öz ləkəli yerini tutmalıdır.