REAL Hərəkatının lideri İlqar Məmmədovun həbsxanada çəkilmiş fotoları yayılıb.
Strateq.az xəbər verir ki, AŞPA-nın həmməruzəçisi Stefan Şennakın həbsxanada İlqar Məmmədovla görüş zamanı çəkilmiş fotolor sosial şəbəkələrdə geniş yayılıb.
Fotoları özünün facebook profillərindən yayan jurnalist Turxan Qarışqa ona belə qeydlər də edib: “AŞPA-nın həmməruzəçisi Stefan Şennak həbsxanada İlqar Məmmədovla görüşüb. İlqar Məmmədov möhkəmdir, hamıya salamları var. Güclü və ümidli olmağı arzu edir hamıya. Foto dünən çəkilib”.