16 ölkədən 200-dək jurnalist Muxtarlının dərhal azad edilməsini tələb edib.

16 ölkədən 200-dən çox jurnalist jurnalist Əfqan Muxtarlının dərhal azad edilməsini tələb edib.

“Azərbaycan hakimiyyətinin opponentlərinə qarşı müharibəni gücləndirməsini pisləyirik. Bu özünü sob hücumda da aşkar göstərdi”, – deyə jurnalistlərin hazırladığı məktubda qeyd olunur.

Məktubda bildirilir ki, hücumun yeganə məqsədi Azərbaycan hakimiyyətinin korrupsiya fəaliyyəti barədə məlumat yayan araşdırma jurnalistikası ilə məşğul olan jurnalisti susdurmaq idi.

“Hesab edirik ki, Azərbaycanda Muxtarlının ittiham edildiyi cinayətlər göstərir ki, hakimiyyət ölkədən kənarda da repressiv siyasətini yaymaq niyyətindədir. Əminik ki, Gürcüstanın və Azərbaycanın Qərbdəki tərəfdaşları bu hücuma əhəmiyyət verməsə, utanmalıdırlar”, – deyə jurnalistlər qeyd edir.

Məktubu Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Estoniya, Fransa, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Russiya, Tacikistan, Ukrayna, Böyük Britaniya və ABŞ-dan olan jurnalistlər imzalayıb.