Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Muzey Mərkəzinin birgə art layihəsi olan “Kofe rəngi” adlı sərginin açılışı olub.
Sərginin ekspozisiyasına rəngkarlıq kətanları, qrafik əsərlər, heykəltəraşlıq, batika, instalyasiya və müəllif kuklaları daxildir.
Mövzuya rəssamlar Niyaz Nəcəfov, Nazim Yunusov, Adil Yusifov, İntiqam Ağayev, Elçin Bünyadov, Olga El, Zöhrab Salamzadə, Nigar Babayeva, Leyla Altunay, Malik Məmmədxanov, heykəltəraş Zakir Əhmədov, batika üzrə mütəxəssis Tatyana Ağababayeva və digərləri özünəməxsus tərzdə yanaşmışdır.
Sərgidə rəssam İrina Eldarovanın və kuklaçı rəssamlar Pərviz Hüseynov, İrina Qundorina, Nübar Şahbazova və Anara Salmanovanın 100–dən çox tematik rəsm əsərləri nümayiş olunub.
İyunun 30–dək davam edəcək sərgidə iştirakçılara tanınmış dizayner Nadya Tazıyevanın kofe rəngində geyim kolleksiyası da təqdim edilib.
Elnur ORUCLU