Avropa ölkələrini biznes mühitinə görə təsnif edən “European Chamber (EuCham)” təşkilatı yeni hesabat hazırlayıb.
Hesabatda 46 ölkə biznes mühitinə görə müqayisə edilib və sıralama hazırlanıb. Sıralamada Azərbaycan 45-ci yeri tutur.
“EuCham” beynəlxalq təşkilatı sıralamanı hazırlayarkən Dünya Bankı və “Transparency International” təşkilatının hesabatlarından istifadə edib.
Biznes mühitinə görə ilk 3 yeri ardıcıllıq üzrə Danimarka, İsveç və Finlandiya tutur. Cənubi Qafqaz üzrə lider Gürcüstandır, o, 18-ci yerə sahibdir. Türkiyə 37, Ermənistan 39, Rusiya 42-ci pillədə dayanıb.