BMT də Əfqan Muxtarlıya dəstək verdi.

BMT-nin Gürcüstandakı sәfiri Niels Skot hökumәti Әfqan Muxtarlının oğurlanması işini şәffaf vә obyektiv araşdırılmasına sәslәyib. Sәfir bildirib ki, bu istintaq olduqca әdalәtli bir şәkildә aparılmalı, jurnalistin sәrhәddәn necә keçirildiyinә dair açıqlama verilmәlidir. Әn vacibi isә istintaqın şәffaflığıdır. Sәfir demokratik ölkәlәrdә jurnalistlәrin azadlığının böyük әhәmiyyәt kәsb etdiyini, medya vә azad danışma ilә bağlı mәsәlәlәrin hәr zaman böyük marağa vә diqqәtә sәbәb olduğunu vurğulayıb.
“Belә bir hadisәnin bir daha tәkrar olmayacağından vә istintaqın Avropa demokratiyasının standartlarına uyğun aparılmasından әmin olmalıyıq”, – deyә Niels Scot bildirib.