Gürcüstan prezidenti: “Bir neçə dəfə istefa vermək barədə düşünmüşəm ”

Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilk dəfə ictimaiyyət arasında etiraf edib ki, o bir neçə dəfə vəzifəsindən istefa vermək istəyib. Xəbərnamə.info xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.загружено (1)

“Öz gələcəyi haqqında düşünən insan həmişə adi olmayan addımlar barədə düşünür. Gürcüstan prezidenti postunda olduğum müddətdə mən müxtəlif səbəblərlə bağlı bir neçə dəfə istefa vermək barədə düşünmüşəm”, – deyə Marqvelaşvili “Pirveli” telekanalına müsahibəsində bəyan edib.

Marvelaşvili onu da vurğulayıb ki, prezident vəzifəsi yalnız yüksək post və titul deyil, həmçinin inam və məsuliyyət faktorudur.