Tehran terrorunun arxasından Ermənistan çıxdı

“İrana daxil olan terrorçular Ermənistandan keçiblər”.

Bu fikri Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey irəli sürüb.MTU5Mzk0ZmJlYTMzNTY_1

“Tehrandakı partlayışları törədən terrorçular İranın illərdir bəslədiyi, müttəfiqi olaraq gördüyü və sərhəddə viza belə istəmədiyi qonşu Ermənistandan keçiblər”, – deyə o, bildirib.

Gülbey Suriyada yaşayan ermənilərin Qarabağda yerləşdirilməsindən sonra terrorçuların buraya ayaq açdığını və dəfələrlə sərhəddən keçərək İranda kəşfiyyat apardıqlarını qeyd edib.