Əfqanın tez-tələsik oğurlanmasının səbəbini bilmək istəyirsiniz?

Jurnalist Hafiz Babalı öz ” “Facebook” səhifəsində Əfqan Muxtarlının oğurlanması səbəbini paylaşıb.Həmin yazını təqdim edirik:56EF7E1D-DFBD-4B5E-BC42-741FA330487B_cx0_cy3_cw71_w1023_r1_s

“Əfqanın tez-tələsik oğurlanıb həbs olunmasının səbəbini bilmək istəyirsiniz?
Əfqan Muxtarlı Gürcüstanın kommersiya reyestri məlumatları əsasında “Paşa Holding” MMC və həmin qrupa daxil olan şirkətlərin bu ölkədəki biznesinə dair növbəti araşdırma yazı üzərində çalışırdı. Əfqan hakim ailənin Gürcüstana investisiya ekspansiyası ilə bağlı yeni faktlar əldə etmişdi. Qanunvericiliyə əsasən, bu ölkədə məlumatların açıqlanması dövriliyi müəyyən olunub və Əfqan həmin məlumatların təqdim olunmasından sonra araşdırmalarını tamamlayacağını deyirdi. O aşkar etmişdi ki, Bakı şəhəri, S.Vurğun 7 ünvanında (vitse-prezident Mehriban Əliyeva və qızlarının qeydiyyat ünvanı) yaradılan “Klovan” MMC və “Callina” MMC Gürcüstanda torpaq sahələri alıblar və araşdırmalarının bir hissəsi də bununla bağlı idi.”