Kanal 13 tv ofisində və Əziz Orucovun evində Prokurorluq tərəfindən axtarış keçirildi.

загружено (3)Bu gün Kanal 13 Tv nin Hidayətzadə küçəsi 60 ünvanındakı ofisində Baş Prokurorluğun Ağır Cinayətlər İstintaq idarəsinin 10 yaxın əməkdaşı 2 hal şahidi və 5 nəfərdən ibarət Nərmanov 18 ci polis idarəsinin işciləri tərəfindən axtarış aparılıb ofisdən konputerlər və oxuyucular kameralar Hard disklər və sənədlər götürülübdür Kanalın jurnalistlərinə isə istintaqa dəvət olunacaqları ilə bağlı xəbərdarlıq olunub kanalın jurnalisti Teymur Kərimə isə bildiriblər ki səni də həbs edəcəyik

Kanalın həbsdə olan direktoru Əziz Orucovun evindədə axtarış gedib.

Xatırladaq ki, “Kanal13″ün rəhbəri Əziz Orucov barəsində iki gün qabaq Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb, 4 ay həbs qətimakn tədbiri seçilib. Onu əvvəlcə polisə müqavimət ittihamı ilə 30 sutka inzibati həbsə məhkum etmişdilər. 30 sutkası bitməyə bir neçə saat qalmış onu Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə aparıb cinayət ittihamı elan ediblər.