“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun barəsində cinayət işi başlanılıb.
Vəkil Elçin Sadıqovun verdiyi məlumata görə, Ə. Orucovun barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq; külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə istintaq aparılır. Ə. Orucov barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi rayon Məhkəməsinə aparılıb.
Nəsimi rayon məhkəməsində Azərbaycanın ilk internet televiziyasının icraçı direktoru Əziz Orucov 4 ay müddətinə həbs qəti imkan tədbiri kimi azadlıqdan məhrum edilib.