Türkiyədə bir yandan şəhid xəbərləri gələrkən, bir yandan da HDP-li millət vəkillərinin vətənə xəyanəti hamını qəzəbləndirib. Xebername.info xəbər verir ki, HDP-nin (Xalqların Demokratik Partiyası) Qarsdan olan millət vəkili Şafak Özanlı və 8 nəfər marketlərin birindən çoxlu sayda qida və ehtiyac avadanlıqları alaraq PKK terror qruplaşmasının üzvlərinə təslim etmək istəyib. Millət vəkilinin edəcəyi bu xəyanəti əvvəldən bilən polis, Şafak Özanlını və 8 nəfəri həbs edib. Polis millət vəkilini lazımi avadanalıqları və qida ehtiyatını PKK-çılara təslim etməzdən cəmi bir neçə saat əvvəl həbs edib. Lakin toxunulmazlıq hüququ olduğu üçün millət vəkili sərbəst buraxılıb. Digər 8 nəfər də, kimlikləri bilindikdən sonra sərbəst buraxılıb.
Mətləb BALAKİŞİYEV