AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin təxribatı ilə üzləşib. O, Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində saxlanılıb. G.Bayramlının çantasına ona məxsus olmayan nəsə qoyaraq, onu saxlayıblar. Bu barədə bu dəqiqələrdə AXCP sədri Əli Kərimli məlumat yayıb. Ə.Kərimlini də G.Bayramlının özü məlumatlandırıb.
AXCP sədri yazır:
İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb, (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!