İqtisadçı ekspert Əkrəm Həsənov şəxsi Facebook hesabından problemli əmanətlərlə bağlı yeni xəbər paylaşıb. Ekspert “Bank Standard”ın Kreditorlar Komitəsinin 3 saat davam edən iclasından sonra rəhbərlik səviyyəsində kreditorlara pullarının batması xəbərinin verildiyini bildirib. Ə. Həsənovun yazıb: “Əsas nailiyyətimiz: Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadovun maskası düşdü. Kreditorlara dedi ki, pulunuz batıb, əlavə heç bir sənəd verib sizə kömək etməyəcəyəm, bankın olan-qalan əmlakını da özümüzə götürəcəyik. Üstəlik, məni də şərlədi ki, guya əhalini banklarda əmanət saxlamamağa çağırıram. Halbuki, onun öz hərəkətləri əmanət saxlamamaq üçün ən böyük dəlildir.” İqtisadçı bildirib ki, o bu gün bank qarşısında borcuna görə özünü yandıran şəxs haqqında da məlumat verib. “Banklara borcu olanı az qala öldürürlər, amma banklarda pulu batanlara görə heç kəs cəzalandırılmır. Sonda da Cavadov kimisi az qala kreditorlara deyir ki, siz kimsiniz axı, sizə nə isə təqdim etməli olum”- Ə.Həsənov deyib. O, məsələnin təfərrüatları ilə bağlı sabah geniş yazacağını açıqlayıb.
Related Posts
Maşınına ”satılır” yazanlar cərimələnəcək
- admin
- 21/08/2017
- 0
“Avtomobildə reklam xarakterli təsvirlər qanunla qadağan edilib” “Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan […]
Rüfət Səfərov Mehman Əliyevin həbsini pisləyib
- admin
- 29/08/2017
- 0
Azərbaycanda insan haqlarının kütləvi şəkildə pozulmasına, prokurorluq orqanlarındakı qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi […]
Deputata verilən 55 manatdan bahalı hədiyyə rüşvət sayılacaq.
- admin
- 19/06/2017
- 0
Azərbaycanda deputat xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı […]