Məsuliyyətsiz həkim daha bir ailəni uşaqsız qoydu

43091Xebername.info, Femida.az-a istinadən xəbər verir ki, Bakıda həkim səhlənkarlığı üzündən daha bir körpə həyatını itirib. Bu barədə uşağın atası İlkin Kosayev məlumat verib. Onun sözlərinə görə, avqustun 29-u Suraxanı rayonu 3 saylı doğum evində uşaq dünyaya gəlib. Doğum evində uşağın dünyaya gəlməsinə yarım saat qalmış keysəriyyə əməliyyatı ilə doğulmasının vacib olduğu deyilib. Əməliyyatın qiyməti 1000 manatdır.
Atanın sözlərinə görə, həkim-ginekoloq Sevda Abulova əməliyyat zamanı uşağın başını əzib: “Buna görə, bizi içəriyə buraxmırdılar. Səhər saat 5-də əməliyyat olub. Həkimlər bizi içəri buraxmadılar və dedilər ki, hər şey qaydasındadır. Biz etiraz edəndən sonra uşaq həkimi Tahirova Sevdanı çağırdılar. O gələndən sonra müdaxilə olundu və uşaq bir az yaxşı oldu. Ayın 31-i təcili yardımla uşağı “OMD”-yə (Elmi Tədqiqat İnistutu) apardıq. Ancaq heç bir kömək olmadı. Həkim tamahına və məsuliyyətsizliyinə görə övladımızı itirdik.
Dünən saat 9-da uşaq öldü. Bu özbaşnalıq nə vaxta kimi davam edəcək? Hər gün belə hadisələr baş verir. Hadisəylə bağlı Suraxani Rayonu 31-ci polis bölməsinə şikayət olunub. Biz günahkarların cəzalandırılmasını tələb edirik. Çünki, bu cür həkimlərin məsuliyyətsizliyi və pulgirliyinə görə, hər gün uşaq ölür. Bunlar qanun saymırlar.”
Mətləb BALAKİŞİYEV