İlkin Rüstəmzadə Müalicə Müəssisinə köçürüldü.

Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Bu barədə Nida Vətəndaş Hərəkatının  feysbuk səhifəsində məlumat verilib.

Bildirilib ki, İlkin Rüstəmzadə uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. Bu günlər də onun cəza çəkdiyi müəssisədən Müalicə Müəssisəsinə köçürüblər.

Qeyd edək ki, İlkin Rüstəmzadə 2013-də ildə həbs edilib. Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib.