Ərəblər ölkəmizdə əxlaq pozğunluğu yaradır.

Aydınxan Əbilov:”Turist kimi buyur, bütün imkanlardan istifadə et, amma qayda-qanunlara zidd şəkildə mental dəyərlərimizi dağıdırsansa, qanunların ən kəskin cəzaları tətbiq olunmalıdır “
“Turizmin inkişafı bir çox ölkələrdə ekoloji, mənəvi, tarixi-mədəni abidələrin dağıdılması ilə bağlı problemlər yaradır”.406739835
Bunu Sherg.az-a ərəb turistlərin ölkəmizdə milli-mənəvi dəyərlərə zidd davaranışlar etməsinə dair iddialara münasibət bildirərkən kulturoloq Aydınxan Əbilov deyib.
O bildirib ki, insan ayağı dəyməyən yerlərin insanlar, turistlər tərəfindən “kəşf edilməsi” təbiiliyin, bakirəliyin pozulmasına gətirib çıxarır:
“Azərbaycanda son illər, xüsusilə, Şərq ölkələrindən mental dəyərləri tamam fərqli olan ərəblərin, ərəbdilli turistlərin gəlişi müəyyən mənada böyük problemlər yaradır. Tək ərəblərlə deyil, İrandan gələn turistlərlə bağlı da problemlər yaşanır. Bu və ya digər dərəcədə Azərbaycanda oturuşmuş, daha çox mili-mənəviyyatla bağlı dəyərlərə arxalanan mənəviyyatımız, psixologiyamız, cəmiyyətdə olan müəyyən normaların dağıdılması intellektualları və ziyalıları da dərindən düşündürür. Amma biznesin öz qayda qanunları var. Onlar müəyyən mənada hər bir xalqın, cəmiyyətin, dövlətin qonşu ölkələrdən, xaricdən gələn turistlər üçün öz mənəviyyatını və adət ənənələrini qismən də olsa, yumşaltmasını tələb edir. Yoxsa, onda biz qapalı dövlətə çevriləcəyik. Nəinki ərəblər, dünyanın heç bir yerindən bizə turistlər gəlməz”.
Ərəbdilli turistlərin ölkənin hər yerində özlərini həddindən artıq açıq-saçıq aparmasının cəmiyyətdə böyük etirazlara səbəb olmasını təsdiqləyən A.Əbilovun sözlərinə görə, artıq mətbuatda, sosial mediada ərəb turistlərə nifrət özünü göstərməyə başlayıb:
“Əslində bu çox pis haldır. İnsanlar özləri özlərinə qarşı kəskin ictimai qınaqlar yaradıblar. Mən xatırlayıram, vaxtilə azərbaycanlılar da Rusiyaya gedəndə onların mental dəyərlərinə uyğun olmayan hərəkətlər edən zaman eynilə rusların bizə qarşı aqressiyasını görürdük. İllər keçdi, aparılan maarifçilik ona gətirib çıxarıb ki. azərbaycanlıların böyük əksəriyyəti o ölkələrin qayda qanunlarına, adət-ənənələrinə sayğı ilə yanaşdı. Orada qanunvericilik isə kəskin sürətdə Rusiya dövlətinin adət-ənənələrinə söykənməyə başladı. Qonşu ölkələrdə olan xüsusi qadağaları Azərbaycana da tətbiq etmək lazımdır. Turist kimi buyur, bütün imkanlardan istifadə et, amma qayda-qanunlara zidd şəkildə mental dəyərlərimizi dağıdırsansa, qanunların ən kəskin cəzaları tətbiq olunmalıdır. Bunu ərəblərə əvvəldən bildirmək lazımdır. Sözsüz ki, istənilən qadağa gələn turistlərin azalmasına gətirib çıxaracaq. Amma azərbaycanlılar necə ki, başqa ölkələrə gedəndə əvvəl özlərini kobud aparırdılar, sonradan sivilləşdilər, ərəbdilli və qərbli turistlərin Azərbaycanın mental dəyərlərinə sayğı ilə yanaşması və qanunvericiliyin tələblərinə uyğun özlərini aparmasına kömək etmiş olarıq. Buna görə, ictimai qınaqla yanaşı müəyyən mənada mənəviyyat polisi, mənəviyyat qanunvericiliyə də ehtiyac var. Yaxın gələcəkdə bununla bağlı qanunvericilikdə dəyişiklikləri gözləyə bilərik”.
Qeyd edək ki, Son zamanlar ərəb ölkərində ölkəmizə kütləvi şəkildə turist axın olub. Bunun iqtisadi cəhətdən yüksək dəyərləndirilsə də, bəzi ərəblərin Azərbaycanda əxlaq pozğunluğu yaratmağa cəhdi mənfi hal kimi dəyərləndirilir.