“Trampın ən çətin görüşü Ərdoğanla olacaq” –“Vaşinqton Post”

ABŞ mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla görüşündən narahatlığını gizlətməyib.

“Vaşinqton Post” qəzeti iki ölkə arasında son dövrdə yaşanan fikir ayrılığı səbəbindən bu görüşü “Trampın ən çətin görüşü” adlandırıb.

“Los-Anceles Tayms” qəzeti isə “Türkiyə prezidentinin Vaşinqton ziyarəti zamanı qəribə hallar baş verə bilər” adlı yazısında Trampın hərbi komandirlərlərin dəstəyi ilə Ərdoğanı özünə yaxınlaşdırmasının vacibliyini önə çəkib.