Ictimai- siyasi fəal Emin Süleymanzadənin Xəbərnamə.info-ya maraqlı müsahibəsi…
Emin bəy, bu gün Azərbaycanda daha çox gərgin münasibət yol polisi və sürüclər arasındadır. Sizcə əsas səbəb peşəkar fəaliyyətlə bağlıdır, yoxsa…? – Məsələyə təkcə sürücülərin qayda pozması və qəza törətməsi prizmasından baxmaq düzgün deyil. Reallıq budur ki, sürüclər öz hüquqlarını yetərincə bilmirər. Azərbaycanda sürücülərin əksəriyyəti qeyri-leqal yolla sürücülük vəsiqəsi əldə etidyinə görə, yol qaydalarını və müvafiq olaraq sürücünün hüquq və vəzifələrini bilmirlər. Buna görə də, bu gün polisin davranişindan ən çox əziyyət çəkən məhz sürücülərdir. Buna görə də yol polisi əməkdaşlarıyla münasibətdə rüşvət elementləri daha çoxdur. Umumiyyətlə Dövlət Yol Polisi əməkdaşlarına qarşı sürücülərdə etimad olduqca aşağıdır. Çünki, elementar münasibətdə Dövlət Yol Polisi əməkdaşları əksəriyyət hallarda təlimatı pozurlar və bir çox hallarda məlum olur ki, Yol Polisi əməkdaşları özləri qanunvericiliyi lazımi qədər bilmirlər. Buna görə də daim münasibətdə olan iki qrup arasında münasibətlər peşəkarlığa söykənmir.
Sizə polislərin fəaliyyəti şəffafdır? – Əslində suala cavab verərkən daha çox şəffaflığa ictimai nəzarət amili kimi yanaşmaq lazımdır. Bu mənada heç şübhəsiz ki, DYP-nin fəaliyyətində şəffaflıqdan kənar amillər var. Bu sürücülük vəsiqələrinin verilməsindən yol hərəkəti qaydalarını pozan sürücüyə qarşı münasibətə qədər davam edir. Məhz, yuxarıda qeyd etdiyimiz kimi, həm də sürücülərin öz hüququqlarını və yol hərəkəti qaydalarını bilmədiyyindən korrupsiya imkanları “genişlənir”. Təsəvvür edin ki, avtomobillərin qeydiyyatı, alqı-satqısı, texniki baxışı və s. hərəkətləri açıq şəkildə korrupsiya sistemi üzərində həyata keçirilir.
Əslində vətəndaşın özü də yol polislərinə qanunsuz hərkət etmələri üçün imkan yaradır. Təbii ki, bu işə rəhbərlik edən şəxslərin bu prosesdə məsuliyyəti daha çoxdur və daha çox qeyri-leqal hərəkətlərə şəraiti onlar yaradır. Adıcə sürücülük imtahaları proseduru və imtahan süuallarının özündə də bürokratiyaya şərait yaradan aillər var.
Amma istənilən halda bu işə dövlət məsuldur. Elə qaydalar tətbiq etmək lazımdır ki, insanlar rüşvət verməsin və başa düşsün ki, sürüclük vəsiqəsini əldə etmək üçün ancaq qanunları bilmək və imtahan verib sürücülük vəsiqəsini əldə etmək lazimdir.
Vətəndaşlarda əməlli-başlı arxayınlıq var ki, hər şeyi pulla əldə etmək olar. Təbii ki, bu şərait əsasən məhz bu sahəyə məsul olan vəzifəli şəxslərə üçün “əlverişlidir”. Bu gün yol hərəkəti sahəsində baş verən neqativ hallar məhz aidiyyatı dövlət qurumu cavabdehedir.