Dünyaca məşhur geyim markası, İngiltərədəki bir mağazasında üzərinə düşən güzgünün öldürdüyü 4 yaşlı uşağın ailəsinə 1.2 milyon funt-sterlinq təzminat ödəməyi qəbul edib.
Bicester qəsəbəsindəki mağazada 2013-cü ilin iyun ayında baş verən qəzada, bədbəxt Austen Harrison atası paltar geyərkən toxunduğu güzgünün altında qalmışdı.
Beynində ağır zədə yaranan uşaq xilas etmək mümkün olmamışdı. Firma məhkəmədə, güzgünün heç bir yerə bərkitməmiş olması səbəbindən iş yeri səhiyyə və hüquq-mühafizə qaydalarını pozduğunu qəbul edib. “Bu acı qarşısında səmimi üzrlərimizi ifadə etməkdən başqa yolumuz yoxdur” açıqlaması edən şirkət, Harrison Ailəsinə 1.2 milyon funt-sterlinq təzminzt da öməməyi üzərinə götürüb.
Elnur ORUCLU