ABŞ-da səfərdə olan Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Amerikalı həmkarı ilə Fetullahçı Terror Təşkilatının (FETÖ) lideri elan edilən Fətullah Gülənin təhvil verilməsi üçün 4 saatlıq müzakirə aparıb.
Türkiyə mediası bidirir ki, müzakirəyə FETÖ istintaqını aparan Ankara prokurorluğunun 3 əməkdaşı da qatılıb.
“Görüşdə Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün detallar masaya yatırılıb, qarşı tərəfə hüquqi addımlar üçün tələb olunan bütün sənədlər verilib”, – deyə, rəsmi açıqlamada bildirilib.
Xəbərdə ABŞ tərəfinin 4 saatlıq görüş sonrası atacağı addımlar haqda isə məlumat verilməyib.