İsrailin baş naziri həbs edilə bilər

İsrailin baş naziri Binyamin Netanyahu sentyabr ayında gözlənilən London səfəri çərçivəsində həbs edilə bilər.

Benjamin-Netanyahu

Xebername.info, BBC-yə istinadən xəbər verir ki, Briyaniya parlamentinin saytında avqustun 7-də yerləşdirilən və 65 yaşlı Netanyahunun hərbi cinayətlərə görə həbs edilməsini tələb edən petisiya artıq yüz min insan tərəfindən dəstəklənib.

Qaydaya əsasən yüz min imza toplayan petisiya parlamentdə müzakirəyə çıxarılmalıdır.

Mətləb BALAKİŞİYEV