Almaniyanın Hannover şәhәrindә ikinci dünya müharibәsindәn qalan beş bombanın tәhlükәsiz vәziyyәtә gәtirilmәsi üçün aparılan әmәliyyat nәticәsindә 50 min insan tәxliyyә edilib.
Bu әmәliyyat Almaniyada bu tәrzdә ikinci belә böyük әmәliyyatdır. Belә bir әmәliyyat keçәn ilin avqust ayında Auqsburq şәhәrindә olmuşdu vә o zaman 54 min insan tәxliyyә olunmuşdu.
Hannoverdә tәxliyyә olunan 50 min nәfәr şәhәrin demәk olar ki, onda birinә bәrabәrdir. Tәxliyyә olunanlar arasında 7 qocalar evi, bir klinika vә bir beynәlxalq tәkәr zavodu da var.
Sәlahiyyәtli şәxslәr axşam saatlarında insanların evlәrinә qayıdacağını bildirib.