Hakimiyyətin içərisində belə fikirlər dolaşır ki, guya Rüfətin hansısa siyasi təşkilatla əlaqəsi var. Hətta mənim özümü də aparıb oralara yapışdırırlar. İşləri-peşələri belədir. Yıxılana baltanı axıracan kökləmək üçün hər satqınçılığa gedirlər. Rüfət öz münasibətini ortaya qoyub, çox sakit qaydada da mövqeyini ictimaiyyətə açıqlayıb. Ancaq nəticəsi bəllidir. Azad söz söyləmək, fikir bildirmək, müstəqil mövqe ifadə etmək indi bizim cəmiyyətimizdə çox ağır və baha başa gəlir. Rüfət bu gün bunun altını çəkir. Əgər rüşvətə həvəsli idisə, komfort həyatından nə üçün imtina edirdi və elə müstəntiqlikdə qalıb öz rüşvətxorluğunu davam etdirərdi də. Bu, adi məntiqdir. Özləri də bunu yaxşı dərk edir. Sadəcə, mərkəzdənqaçma meyillərinin vahiməsi və qorxusu onları çox narahat etdiyindən bu cür qisas yolunu tuturlar. Beləliklə, sistem Rüfətin üzərində öz sınaq testini apardı. Təsəvvür edin, övladımı müdafiə etməyimi belə qərəzlə qarşılayırlar. Deməli, belə çıxır ki, həm başınızı əzə bilərik, həm də sizin haqqınız yoxdur səsinizi çıxarmağa. Bu nə Allahın, nə də qanunların tələblərinə uyğun bir iş deyil. Dövlət rəhbərliyinə gedib başqa sözlər çatdırırlar. Yaltaqlar, yan-yörədə olan adamlar. Özlərini yaxşı göstərmək üçün min hiylə işlədirlər. Mən 20 ilə yaxın bu hakimiyyətə xidmət etmişəm. Keçmişdəki fəaliyyətimdən imtina etmək də mənim üçün ikiüzlülük olardı. Mən elə insanlardan deyiləm ki, indi durub Heydər Əliyev haqqında hansısa mənfi söz işlədim. Belə bir şey edə bilmərəm. Lakin onun siyasi varisi prezident İlham Əliyevdən bir sıra məsələlərə görə çox inciyəm və narazıyam. Bu narazılığımı da açıq ifadə edirəm. (Eldar Sabiroğlu)
Related Posts
Əfqanıstan Parlamentinə hücumunun nəticələri açıqlandı
- admin
- 23/06/2015
- 0
Talibanın Əfqanıstan parlementi binasına reallaşdırdığı hücumda iki vətəndaş öldü 40 adam yaralandı. Hadisədə yeddi təcavüzkar […]
Azərbaycandan pis vəziyyətdə olan ölkə yoxdur
- admin
- 02/05/2020
- 0
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) Azərbaycanla bağlı “İnkişafa aparan kölələr” adlı hesabat dərc […]
İntiqam Əliyev: “Siyasi məhbus məsələsi sistemdən qaynaqlanan problemdir”
- admin
- 11/06/2020
- 0
Bu günlərdə təmsil etdiyiniz qurum – Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrup 108 […]