Hakimiyyətin pambıq siyasəti çürük çıxıb. Bu barədə AXCP Rəyasət Heyətinin üzvü, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov feysbukda məlumat paylaşıb.
Mütəxəssis yazır ki. bu il əkin sahələrində aparılan pambıq səpini fermerləri, kəndliləri pərişan edib. Belə ki, əkin və səpin işləri vaxtlı-vaxtında aparılsa da, toxum çıxış verməyib. Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, toxum materialı keyfiyyətsiz olduğuna görə, on minlərlə hektar sahədə səpilən çiyid çürüyüb. Kəndlilər yenidən səpin işləri aparmaq məcburiyyətində qalıblar. Bu isə o deməkdir ki, fermerlər hər hektar sahə üçün əlavə 100 manat vəsait xərclənməli olacaqlar. Bu həm də o deməkdir ki, səpin müddəti əvvəlki ildə olduğu kimi, yenə də gecikəcək. Belə olan halda, 2017-ci ildə də bu sahədə məhsuldarlıq az, məhsulun maya dəyəri yüksək, pambığın keyfiyyəti isə aşağı olacaq.
V.Məhərəmliyə görə, ümumilikdə fermerlərə dəyən zərər milyonlarla ölçülür.