İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə innovasiyaları tətbiq edən BakuBus ilk marşrut xəttini istifadəyə verəcək.
Xebername.info “Marja”-a istinadən xəbər verir ki, Sentyabrın 6-da mətbuat nümayəndələrinin iştirakı ilə, Koroğlu metro stansiyasından 1 nömrəli marşrut xətti istifadəyə veriləcəkdir.
Sentyabr ayının 7-dən etibarən isə 28 MAY m/st – KOROĞLU m/st istiqaməti üzrə 1 nömrəli marşrut xətti normal qaydada Bakı sakinləri və şəhərimizin qonaqlarının istifadəsində olacaq. Gediş haqqı 20 qəpik təşkil edir.
BakuBus 10 İyun 2015 tarixindən Hava Limanı- Mərkəz (28 May Metro St) və əks istiqamət üzrə “EKSPRESS XƏTT”ni istifadəyə vermişdir. Müasir və rahat avtobuslarda gediş haqqı 1,50 AzN təşkil edir və nəğd ödəniş qəbul olunmur.
BakuBus əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur.
Elnur ORUCLU