Diyarbəkirdə referendum qarşıdurması-Ölü və yaralılar var
Türkiyədə seçki məntəqəsində qanlı qarşıdurma baş verib.
Diyarbakırın Çermik mahalında seçki məntəqəsinin yerləşdiyi məktəbin bağçasında iki qrup arasında silahlı qarşıdurma baş verib. Məlumata görə, qarşıdurma nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb.
***
Türkiyədə ölkə tarixində sayca yeddinci referendum keçirilir.
Ölkə vətəndaşları Konstitusiyanın 18 maddəsinə dəyişiklik edilməsi ilə bağlı səs verəcəklər.
Hazırkı referendumda Türkiyədə açılan 167 min 140 seçki məntəqəsində 55 milyon 319 min 222 vətəndaş səs verə biləcək. Eyni zamanda, həbsxanalarda daha 461 seçki məntəqəsi yaradılıb.
Vətəndaşlar öz seçki məntəqələrinin harada yerləşdiyini Ali Seçki Komissiyasının “www.ysk.gov.tr” veb-saytından öyrənə bilərlər.
Bu referenduma daxil edilən əsas məsələ Türkiyədə prezident idarəçilik sisteminin tətbiq edilməsidir.