Bakı metrosunda sərnişin özünü qatarın altına atdı

скачанные файлы (20)“Bakı Metropliteni” QSC-nin “28 May” stansiyasındakı sərnişinlər təxliyyə edilir.
Buna sərnişinlərdən birinin özünü relsin üstünə atması səbəb olub.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev verdiyi açıqlamada məsələni təsdiq edib və bildirib ki, həmin sərnişin ölüb.
Onun sözlərinə görə, məsələ ilə bağlı araşdırma gedir, hələlik hadisənin detalları məlum deyil.
Intihardan bir neçə dəqiqə əvvəl oğlan gənc qızla platformada mübahisə ediblər. Sonra isə özünü gələn qatarın altına atıb. İntihar edənin 18-20 yaş civarında olduğu bildirilir.
 
Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev

“Qafqazinfo”ya bildirib ki, intihar edənin şəxsiyyəti hələ ki,  müəyyənləşməyib: “Qatarın hərəkəti dayandırılıb. Şəxsin meyiti hazırda reysdən çıxarılır”.

Bakının “28 May” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.

 

xebername.info