Dünən Türkiyədə Facebook hesabından “17 aprel günü savaşı qazanınca, bunların arvadları və qızları qənimət olaraq “Evetçilərə halaldır” paylaşımı edən İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Hallar İdarəsinin işçisi Ömər Akbayram
İBB sədri Qədir Topbaşın təlimatıyla vəzifədən xaric edilib.
Skandal yaradan paylaşım anında Akbayram bir çox insanın sərt qınağına hədəf olmuş və mətbuatın diqqətini də özünə çəkmişdi.
Mesajın ictimai mediada yayılmasından və kəskin etirazlardan sonra Ömər Akbayram haqqında Qədir Topbaşın təlimatıyla istintaq başladıldığı və onun vəzifəsindən uzaqlaşdırıldığı öyrənilib.