Şimali Koreya ABŞ-a “özümüzü qoruyacağıq” dedi

ABŞ-ın Koreya yarımadasına hərbi gəmilər yollamasından sonra Şimali Koreya özünü “güclü silahlarla qoruyacağını” açıqladı.

Dövlət xəbər agentliyi KCNA-nın xəbərinə görə, Şimali Koreyanın Xarici İşlər Nazirliyindən edilən açıqlamada bölgəyə göndərilən donanmanın “işğal hücumlarının ciddi bir nöqtəyə çatdığını” göstərdiyi ifadə edilir. Şimali Koreyadan edilən açıqlamada deyilir:

“ABŞ-ın ölçüsüz hərəkətləri səbəbiylə meydana gələ biləcək faciəvi nəticələrdən yalnız ABŞ-ı məsul tutacağıq. Koreya Demokratik Xalq Respublikası ABŞ-ın istədiyi hər cür savaşa cavab verməyə hazırdır.”

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp ölkəsinin Şimali Koreyanın nüvə təhdidinin öhdəsindən təkbaşına gələ biləcəyini açıqlamışdı. Bölgəyə göndərilən “Carl Vinston” gəmi qrupunda bir təyyarə gəmisi və döyüş gəmiləri iştirak edir. Avstraliya limanlarına qədər gedəcəyi nəzərdə tutulan donanma Şimali Koreyanın raket sınaqlarının sonra Cənubi Koreya donanması ilə birgə manevr etmək məqsədiylə Koreya yarımadasına göndərilib.