Tacikistanda silahlı dəstələr ilə atışma zamanı 8 hüquq-mühafizə orqanlarının əməkdaşları və 2 terrorçu ölüb.
Xebername.info, Reuters-ə istinadən verdiyi məlumata görə, hadisələrdən biri ötən gecə paytaxt Düşənbə yaxınlındakı Vəhdət şəhərində baş verib.
Silahlı dəstənin Şəhər Milis İdarəsinə hücumu nəticəsində 5 milis əməkdaşı həlak olub, ikisi isə ağır yaralanıb. Milis cavab atəşi açıb, dəstənin rəhbərləri zərərsizləşdirilib. Hücum edənlərdən daha 4 nəfər isə yaralanıb.
Daha iki hücum isə ölkə paytaxtı Düşənbə şəhərində baş verib. Hücumlar zamanı 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hələlik hadisə rəsmən təsdiq olunmayıb.
Hazırda Vəhdət və Düşənbə şəhərlərində terrorçuları zərərləşdirmək üçün xüsusi əməliyyat keçirilir.
Bütün ictimai binalarının, o cümlədən şəhərə girişin mühafizə sistemi gücləndirilib.
Xebername.info