Açıq-saçıq geyinən qadın sürücülərin avtomobilləri müsadirə ediləcək

Xebername.info xarici xətbuata istinadən xəbər verir ki, Tehran Yol Polis Rəisi Teymur Hüseyni, qadın sürücü və sərnişinlərin geyimlərinin avtomobil içərisində hakimiyyətin müəyyənləşdirdiyi geyim qaydalarına uyğun gəlməməsi halında yol polislərinin vasitələrinə əl qoyacağını deyib.
iyi-ortunmeyen-kadinlarin-araclarina-el-koyacaklar-6025075
Paytaxt Tehranda keçirdiyi mətbuat konfransında danışan Hüseyni, “Avtomobilinə əl qoyulmuş nəfərin işi məhkəməyə göndəriləcək. Avtomobilin geri alınması isə ancaq məhkəmə qərarı ilə mümkün ola biləcək” deyə danışdı.

İranda həmçinin bir qrup deputat xanım sürücülərin ölkə qaydalara zidd geyinəcəkləri halda yol polisləri pul cəzası kəsilməsini nəzərdə tutan bir təklif hazırlayıblar. Təklif hələ ki qüvvəyə minməyib.

Xatırladaq ki, İranda 1979 İslam İnqilabından sonra qadınların açıq sahələrdə başı açıq, yaxud vücud xətlərini göstərəcək şəkildə geyimləri qadağan olunmuşdu. İnqilabın ilk illərinin əksinə, son illərdə hakimiyyətin müəyyən etdiyi qaydalara əməl etməyənrin sayı xeyli artmış vəziyyətdədir.

Mətləb BALAKİŞİYEV