Almaniya Rusiyadakı futbol çempionatını baykota çağırıb.

Federativ  Respublikanın yüksək siyasi dairələrində bu məsələnin müzakirəsi başlayıb

Elementar insan hüquqlarına hörmət olunmayan ölkədə böyük beynəlxalq turnirlər keçirilməməlidir. Belə bir bəyanatla Federal kansler Merkelin rəhbərlik etdiyi partiyanın parlament fraksiyasının sədr müavini Fuks çıxış edib.

Bu məlumatı Almaniyanın məhşur  “DEUTSCHE WELLE”  saytı yayıb. Saytın yazdığına görə bu bəyanata səbəb bir neçə gün əvvəl Rusiya vətəndaşlarının korrupsiya əleyhinə mitinqlərinin  hökumət  tərəfindən  zorakılıqla dağıdılması olub.