“Böhranı yaradan səbəblərdən ən başlıcası bəzi məmurların yarıtmaz fəaliyyətidir”.

“Azərbaycanda post-neft dövrünün başlanıldığı deyilsə də, əslində ölkə iqtisadiyyatı hələ də neftdən asılı vəziyyətdədir. Neft gəlirləri üzərində qurulan iqtisadiyyata o qədər də etibar etmək olmaz. Biz ilk növbətə qeyri-neft sektorunu inkişaf etdirməliyik. Bunun üçün isə güclü siyasi iradəsi olan siyasi komandaya ehtiyac var”.

Bunu Azərbaycanda kiçik və orta sahibkarlığın mövcud vəziyyəti, sahibkarların problemləri və digər məqamlarla bağlı məsələlərə münasibət bildirərkən iş adamı Aydın Səfərov bildirib. Onun sözlərinə görə, Azərbaycanda müşahidə olunan iqtisadi böhran hökumətdəki bəzi dairələrin səhv iqtisadi siyasətinin nəticəsidir:unnamed (1)

“Azərbaycanda qanunla sahibkarların bütün hüququları qorunur. Reallıqda isə biz başqa mənzərənin şahidi oluruq. Məsələ burasındadır ki, prezidentin ətrafı onu aldadır. Məmurların hər biri sahibkarlıq fəaliyyətinə girişib, qohumlarının adlarına biznes təşkilatları yaradıblar. Prezidentə yalan danışırlar. Xalqa, mediaya imkan verilmir ki, həqiqəti ölkə başçısının diqqətinə çatdırsınlar. Çünki böhranı yaradan səbəblərdən ən başlıcası bəzi məmurların yarıtmaz fəaliyyətidir. Böhranı bəyanatlarla, çıxışlarla, sənəd üzərində strategiya hazırlamaqla aradan qaldırmaq olmaz. Ciddi islahatlar həm də idarəçilik sistemdə aparılmalıdır. Bu vaxta qədər Azərbaycan iri miqyaslı bir neçə tədbir keçirib. Hesab edirəm ki, hökumət yeni iqtisadi strategiya hazırlamalıdır. Biz post-neft dövrünə hazır olmalıyıq. Məmurlar çıxışlarında qənaətdən, kəmərlərin bərkidilməsindən danışırlar. Amma nədənsə özləri kəmərsiz gəzirlər. Azərbaycan Bir vaxtlar “Hamı yerli mal alsın! Xeyri vətənə qalsın!” şüarı ilə kampaniya aparılırdı. Çox zərərli kampaniya idi. Hamıya məlumdur ki, yerli  məhsullar keyfiyyətsizdir. Kimə lazımdır zay məhsullar. Əgər alman istehsalı olan texnika daha keyfiyyətlidirsə, vətəndaş onu almalıdır. Köklü islahatlar aparılmalı, xalq maariflənməlidir. Azərbaycan müxalifəti sağlamlaşmalıdır, saflaşmalıdır. Müxalifət xalqa düzgün sifariş versin, düzgün yol göstərsin, onlarla düzgün işləsin, arxasınca aparsın. Xaricdə təhsil alan azərbaycanlılar isə sonradan vətənə dönmürlər, xaricdə qalıb işləyirlər. Biz elə etməliyik ki, azərbaycanlılar xaricdə təhsil aldıqdan sonra qayıdıb ölkədə işləsinlər və xeyri millətimizə versinlər”.

Aydın Səfərova görə, Azərbaycan ilk növbədə Avropaya inteqrasiya etməli və Qərbin təcrübəsini qazanmalıdır:

“Biz Avropanın qabaqcıl şirkətlərini ölkəyə cəlb etməliyik. Azərbaycanda fəaliyyət göstərmək istəyən Avropa şirkətləri kifayət qədərdir, amma onların təcrübəsini öyrənmirik.”