MANAT ƏN RİSKLİ VALYUTALAR SIRASINA SALINDI – Hesabat

Moody’s Azərbaycanın bank sektorunun hələ də böyük valyuta riskləri ilə üz-üzə qaldığını bildirirзагружено

Ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biri olan olan Moody’s növbəti hesabatında Azərbaycanın bank sektorunun idarəçiliyində buraxılan səhvlərin mili valyutamıza mənfi perespektivlər vəd etdiyinə işarə vurub. Agentlik bildirib ki, manat neftin dünya bazarındakı qiymətlərindən olduqca güclü şəkildə asılıdır.

Ağentliyin hesabatında qeyd olunur ki, Rusiya rublu və Qazaxıstan tengesindən fərqli olaraq, Azərbaycan manatı hələ də düşdüyü ağır vəziyyətdən çıxa bilməyib və neft qiymətlərindən daha çox asılıdır: “Rus rublu və Qazaxıstan tengesi vəziyyətdən çıxa bildilər. Azərbaycan manatı isə hələ də neftin qiymətindən asılıdır. Manat xarici valyutaya olan yüksək təlabatın və ölkə iqtisadiyyatının stabilliyinə inamsızlığın fonunda daha da zəifləyir”.

Hesabatda Rusiya və Qazaxıstanın bankları və milli valyutalarından fərqli olaraq, Azərbaycan bankları və manatı riskli banklar və valyutalar siyahısına salınıb. Bu siyahıda ölkəmizin bank sektoru Tacikistan, Belorus və Ukrayna ilə eyni sırada durur. Agentlik dollarlaşma səviyyəsinin yüksək olduğunu bildirərək, bu vəziyyətin ölkənin bank sektoru üçün ciddi təhdid yaratdığını qeyd edir və ölkə iqtisadiyyatına inamsızlığın yüksək səviyyədə olduğunu vurğulayır.