Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.

2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb.
Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir.
Ekspertlər boşanmaların əsas səbəbləri sırasında ər-arvadın bir-birinə güzəştə getməməsini, işsizliyi, yoxsulluğu, insanların ailə qurmağa mənəvi cəhətdən hazır olmamasını və digər amilləri göstərirlər.