Macarıstanda mühacirlərə qarşı zülm

1124213_620x410Qaçqın ailənin Budapeşt vağzalında yaşadıqları, Faşizm dövrünü xatırlatdı. Ayrı düşərgələrə göndərilmə qorxusu yaşayan ailə relslərin üzərinə. Ata, həyat yoldaşı və uşağından polis gücü ilə qoparıldı
Macarıstandakı sığınacaq axtaran şəxslərin böhranı dünən xaosa çevrilib. Macar səlahiyyətlilər 2 gündür paytaxt Budapeştin Keleti vağzalında Almaniyaya getmək üçün gözləyən mühacirləri, yaradılan müvəqqəti düşərgəyə aparmaq üçün bir yola əl atdı. Macarıstan polisi səhər saatlarında vağzalın ətrafından çəkildi. Bunun üzərinə yüzlərlə sığınacaq axtaran şəxslər vağzala girib gözləyən bir qatara hücum etdi. Avstriya və ya Almaniya gedəcəyini sanan mühacirlərin qatara minməkləri əsnasında izdiham meydana gəldi. Qısa müddətdə basa-basla dolan qatara minə bilməyənlər də qapı önlərində bir-biriylə döyüşə başladılar. Bəzi atalar uşaqlarını vaqonların pencərəsindən mindirməyə çalışdı. Macarıstan dəmiryolu növbətçisi mühacirlər qatarın Avstriya və Almaniyaya deyil ancaq Avstriya sərhədindəki Sopron şəhərinə gedəcəyini bildirdi. Bu anonsa baxmayaraq mühacirlər qatarı tərk etmədi. Qatar bir neçə saat sonra hərəkət etdi ancaq yalnız 35 km getdikdən sonra Bicske qəsəbəsi yaxınlığında dayandı. Qısa müddət sonra qatarın dayandığı bölgəyə yüzlərlə Macarıstan polisi gəldi. Qaçqınlara gecəni burada qurulan müvəqqəti düşərgədə keçirəcəkləri bildirildi və qatardan enmələrini istəndi. Mühacirlər bu tələbə üsyan etdi və “Düşərgəyə xeyr” deyə qışqırmağa başladı. Bəzi qaçqınlar etirazını vaqon şüşələrini qıraraq göstərdiyi göründü. Polis bunun üzərinə qatara müdaxilə etdi və vaqonları boşaltmağa başladı. Vaqonlardan endirilən ailələrdən biri, ayrı-ayrı yerlərə aparılacaqları qorxusuyla polis müdaxiləsinə müqavimət göstərdi. Polis bunun üzərinə 1 uşaqlı ailənin üzvlərini relslərə yatırdaraq bir-birindən qoparmağa çalışdı. Həyat yoldaşı və uşağına sarılan ata, Macarıstan polisinin müdaxiləsi nətticəsində ailəsindən ayrıldı. Ata həbs olundu, ailənin qalanı düşərgəyə aparıldı.

 

Mətləb BALAKİŞİYEV