Hollandiya hadisələrində itin dişlədiyi Kurt Türkiyəyə gətirilib.

Xarici İşlər naziri Mevlud Çavuşoğlu Hollandiyanın Rotterdam şəhərində polis itinin dişlədiyi türk vətəndaşı Hüseyn Kurtun daha yaxşı müalicə olunması üçün İstanbula gətirildiyini deyib. Çavuşoğlu bunu sosial mediadakı Twitter hesabı üzərindən etdiyi paylaşımda açıqlayıb.
Səhiyyə Nazirliyinin Kurtun müalicəsinə başladığını yazan Çavuşoğlu “vətəndaşlarımıza sahib çıxmağı hər zaman, hər şərtdə davam etdirəcəyik” deyib.

Məlum olduğu kimi, Hollandiyada Türkiyənin Rotterdam konsulluğu qarşısında Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayaya dəstək vermək üçün toplanan türk vətəndaşları arasında olan Kurt Hollandiya polisi tərəfindən döyülmüş, polis iti onun ayağını dişləmişdi.