18 Türk işçini qaçıran qrupla silahlı toqquşma olub

18-turk-isciyi-kaciran-grupla-catisma-6024429Bağdad Əməliyyatları Komandanlığından edilən yazılı açıqlamada, Türk işçiləri qaçıran qrup üzvlərindən birinin paytaxtın Fələstin Küçəsində yerləşdiyinə dair alınan xəbərdən dərhal sonra bölgəyə gedən komandalara atəş açıldığı, silahlı qrupla çıxan qarşıdurmada 1 əsgərin öldüyü, 3 əsgərin yaralandığı qeyd edilib.

Açıqlamada, təhlükəsizlik qüvvələrinin mütəşəkkil cinayətkarlıq dəstələrini təqibə davam edəcəyi və vətəndaşların təhlükəsizliyi ilə, ölkə iqtisadiyyatına ziyan vurmalarına icazə verilməyəcəyi bildirilib.

18 TÜRK İŞÇİ QAÇIRILMIŞDI

Bağdadda bir Türk şirkətinin stadion tikintisində çalışan 18 Türk vətəndaşı, çərşənbə günü uniformalı bir qrup tərəfindən qaçırılmışdı.

İraq Xarici İşlər Nazirliyi Sözçüsü Əhməd Camal, dünən etdiyi açıqlamada, “Müdafiə və Daxili İşlər nazirlikləri, Yazış və Haşd-ı Dabağı (Xalq İcmaları) komandanlığını əhatə edən hüquq-mühafizə orqanları bizimlə mütəmadi əlaqə saxlayırlar” şəklində açıqlama etdi. O, məsələyə dair ilk izlərə çatıldığını da bildirdi və gələcək günlər ərzində qaçırılanlara və saxlandıqları yerə çatmağımız mümkün olacaq” ifadələrini işlətmişdi.

Mətləb BALAKİŞİYEV