Gənc yazar özünü 17-ci mərtəbədən atıb öldürdü

Gənc yazar Mövlud Mövlud (Abdullayev) intihar edib. O, martın 16-ı gecə saat 2 radələrində 7-ci mikrorayon, Axundov küçəsində 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü atıb. Yazar hadisə yerində keçinib.

Binəqədi rayon Prokurorluğunun yaydığı məlumatda deyilir ki, hadisənin səbəbi məlum deyil, faktla bağlı 125-ci (özünü öldürmə həddinə çatdırma) maddə ilə cinayət işi başlanılıb.

M.Mövlud intihar etdiyi binanın yaxınlığındakı beşmərtəbəli binanın ikinci mərtəbəsində kirayə yaşayırmış. Həmin evdə uzun müddət ailəsi ilə qalıb. Həyat yoldaşı yazar Sevinc Fədaidir. Onların 1 övladı var.

“Lent.az”ın məlumatına görə, M.Mövlud əvvəl də bir neçə dəfə dostlarına intihar edəcəyini deyibmiş. Ötən gün axşam saatlarında yazar Şərif Ağayarla görüşməli olsa da, zəng edərək gələ bilməyəcəyini deyib.

M.Mövludun 28 yaşı vardı.