Polisdən açıqlama “Sərnişinlər günahkardır”

Xəbərnamə.info  xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a DİN-in Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Bununla yanaşı, K.Əliyev deyib ki, sürücü sərnişindaşıma qaydalarını pozub.

“Ölən və yaralananların ümumi sayını nəzərə alsaq, sürücü maşını ayaq üstə dayanan sərnişinlərlə ağızbaağız doldurub. Lakin “Ford Tranzit”-də cəmi 18 sərnişin yeri var” – deyə Əliyev bildirib.

Əliyev “Polis sərnişin daşınması qaydasını pozan sürücülərə qarşı hansı sanksiyaları tətbiq edir” sualına cavab verməkdə çətinlik çəkib.